featured-image-40192

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi Almaniyanın “Bayer” klubu idman direktoru Simon Rolfeslə müqavilənin müddətini uzadıb.

Msport.az Leverkuzen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, funksionerin yeni sözləşməsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Keçmiş yarımmüdafiəçi 2005-2015-ci illərdə bu komandanın formasını geyinib. O, 2022-ci ildən klubun idman direktoru vəzifəsində çalışır.

Bənzər xəbərlər