featured-image-42012

Portuqaliya çempionatında XVII turun mərkəzi matçında “Portu” “Braqa”nı qəbul edib.

Msport.az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” hazırda 33 xalla 4-cü sıradadır. “Portu” xallarının sayını 38-ə çatdırıb və 3-cü pillədədir.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək.

Bənzər xəbərlər