“Qarabağ”ın rəqibindən minimal hesablı qələbə
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında növbəti oyununu keçirib.
Msport.az xəbər verir ki, Artur Jorjenin baş məşqçisi olduğu kollektiv XX turda “Moreyrense”ni üstələyib.
Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu görüşü “Qarabağ”ın video-analitik məşqçisi Yanuş Vasilyev də tribunadan izləyib.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.