featured-image-43996

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 finaldakı rəqibi “Bayer” Almaniya Bundesliqasında növbəti matçını keçirib.

Msport.az xəbər verir ki, Leverkuzen təmsilçisi XXIII turda doğma azarkeşlər önündə “Maynts”ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Bayer”dən Caka və Andrix fərqləniblər. Hazırda lider olan komanda ən yaxın rəqibi “Bavariya” ilə xal fərqini 11-ə yüksəldib.

Qeyd edək ki, leverkuzenlilər Bundesliqada keçirdikləri 23 matçın 19-da qələbə qazanıb, 4-də heç-heçə oynayıblar.

Qeyd edək ki, “Qarabağ” ilə “Bayer 04” arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək.

Bənzər xəbərlər