featured-image-39079

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın “Bayer 04” klubunun baş məşqçisi Xabi Alonso yeni rekorda imza atıb.

Msport.az xəbər verir ki, mütəxəssis Leverkuzen təmsilçisində Bundesliqada ardıcıl 8-ci qələbəsini qazanmaqla buna nail olub.

Alonso komanda əsas çempionata yüksəldikdən sonra (1979) bu nəticəni əldə edən ilk baş məşqçi kimi tarixə düşüb. O, Klaus Topmellerin 2001-ci ildəki və özünün ötən mövsümkü rekordunu (7 ardıcıl qələbə) qırıb.

Qeyd edək ki, “Bayer 04” Bundesliqada 25 xalla liderdir.

Bənzər xəbərlər