featured-image-39210

Almaniyanın “Bayer 04” klubu Avropanın “Top-5” liqasında 50 qol həddini keçən ilk komandadır.

Msport.az xəbər verir ki, Xabi Alonsonun baş məşqçi olduğu kollektiv son olaraq ölkə kubokunun 1/16 finalında “Zandhauzen”i 5:2 hesabı ilə məğlub edib.

Beləliklə, “Bayer 04” keçirdiyi 14 oyunda 51 qola imza atıb.

Qeyd edək ki, Bundesliqa klubu Avropa Liqasının qrup mərhələsinin III turunda evdə “Qarabağ”ı 5:1 hesabı ilə məğlub etmişdi. Bu komandalar arasında IV turun qarşılaşması noyabrın 9-da Bakıda baş tutacaq.

 

Bənzər xəbərlər