“Qarabağ”ın rəqibindən səfər qələbəsi
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında növbəti oyununa çıxıb.
Msport xəbər verir ki, komanda 18-ci turda səfərdə “Famalikan”la qarşılaşıb. Matç “Braqa”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı meydan sahibləri açsa da, “Braqa” son dəqiqələrdə vurduğu qollarla geridönüş edib.
“Famalikan” – “Braqa” – 1:2
Qollar: Kadiz, 62 (1:0), Borja, 73 (1:1), Djalo, 90+11 (1:2)
Bu nəticədən sonra “Braqa” 36 xalla 4-cü sıradadır.
Qeyd edək ki, “Braqa” ilə “Qarabağ” arasında ilk görüş fevralın 15-də Portuqaliyanın eyniadlı şəhərində, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək