featured-image-36451

“Qrupda bizim üçün asan olmayacaq”.

Msport.az xəbər verir ki, bunu Almaniyanın “Bayer” klubunun baş məşqçisi Xabi Alonso UEFA Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Ötən mövsüm yarımfinala qədər irəlilədiklərini bildirən ispaniyalı mütəxəssis bu dəfə final arzusunda olduqlarını etiraf edib: “Ötən mövsüm finalın bir addımlığında dayandıq. Eyni “aclığı” hiss etsək, bu, daha da irəli getmək üçün yaxşı motivasiya olacaq. Turnirdə mümkün qədər irəliləmək üçün mübarizə aparacağıq”.

Qeyd edək ki, “Bayer”in H qrupundakı rəqibləri Azərbaycan çempionu “Qarabağ”, İsveç “Hakken”i və Norveçin “Molde” klubudur.

Bənzər xəbərlər