featured-image-54366

“Qarabağ”ın Avropa Liqasında rəqibi olan “Tottenhem”in hücumçusu Riçarlisonun başı bəladadır.

Msport.az xəbər verir ki, sambaçını keçmiş şəxsi köməkçisi məhkəmə verə bilər.

İngiltərə mətbuatının yazdığına görə, braziliyalı futbolçu keçmiş köməkçisini xəbərdarlıq etmədən işdən çıxarması onun psixoloji durumuna mənfi təsir edib. Hətta onun həyat yoldaşı da boşanmaq üçün məhkəməyə müraciət edib.

Bu da son deyil. Riçarlisonun işləyərkən işçini rəsmi qeydiyyatdan keçirməkdən imtina etdiyi, lazım olan maaşını vaxtında köçürmədiyi, həmçinin məzuniyyət vermədiyi vurğulanır. Bundan əlavə, “Tottenhem”in hücumçusu keçmiş köməkçisini təhqir etdiyi deyilir.

Qeyd edək ki, “Qarabağ” “Tottenhem”lə sentyabrın 26-da Londonda qarşılaşacaq.

Bənzər xəbərlər