featured-image-22586

“Qarabağ”ın UEFA Konfrans Liqasındakı rəqibi olan Belçika “Gent”i cəzalana bilər.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb klubun maliyyə feyr-pley qaydalarını pozmasıdır.

Gent təmsilçisi ilə yanaşı, “Yunion”, “Ostande”, “Zulte Varagem”, “Mexelen”, “Vesterlo”, “Lyoven” və “Standard” komandalarının da xalları silinə bilər. Sözügedən komandalar üçün başqa sanksiyalar da nəzərdə tutulub.

Qeyd edək ki, “Qarabağ” və “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab matçı isə 1 həftə sonra Belçikada olacaq.

Bənzər xəbərlər