“Qarabağ”ın sabiq futbolçusu Arda Turanın komandasında
Səudiyyə Ərəbistanın “Əl-Halic” klubunun formasını geyinən İbrahim Şehiç yenidən Türkiyə Superliqasında çıxış edə bilər.
Msport.az xəbər verir ki, elitaya vəsiqə qazanan “Eyüpspor” bosniya və herseqovinalı qapıçı ilə danışıqlar aparır.
İddiaya görə, tərəflər müqavilə şərtlərində razılığa gəlmək üzrədir. Anlaşmanın yaxın günlərdə tamamlanacağı bildirilib.
“Eyüpspor”a Türkiyə millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Arda Turan başçılıq edir.
Qeyd edək ki, 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edən İbrahim Şehiç Türkiyədə “Əruzurumspor” və “Konyaspor”un da şərəfini qoruyub.