featured-image-20210

“Qarabağ”ın keçmiş hücumçusu Dino Ndlovu yenidən Türkiyədə oynayacaq.

Msport.az xəbər verir ki, cənubi afrikalılı futbolçu TFF 1-ci liqa təmsilçisi “Boluspor”un formasını geyinəcək.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Ndlovu yeni klubu ilə 1,5 illik müqaviləyə imza atıb.

O, daha öncə Türkiyədə “Kocaelispor”un da uğurları üçün çalışıb.

Xatırladaq ki, 2016-2018-ci illər aralığında “Qarabağ”da çıxış etmiş Dino son olaraq Çinin “Çanqçun Yatay” klubunda oynayırdı.

Bənzər xəbərlər