featured-image-19877

“Qarabağ”ın sabiq futbolçusu Simeon Slavçev Polşanın III Liqasında mübarizə aparan “Veçistu” komandasına keçib.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bolqarıstanlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən, sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər.

30 yaşlı oyunçu yeni komandasında 88 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, 2018 – 2020-ci illərdə “Qarabağ”ın şərəfini qorumuş Simeon Slavçevin son klubu Polşa “Lexiya”sı olub.

Bənzər xəbərlər