“Qarabağ”ın sabiq qapıçısı Çempionşip klubunda
“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç yenidən İngiltərədə çıxış edəcək. Msport.az xəbər verir ki, 36 yaşlı futbolçu Çempionşipdə mübarizə aparacaq “Kuinz Park Reyncers”lə anlaşıb.
Bu barədə məşhur insayder Fabritsio Romano paylaşım edib
Qeyd edək ki, Beqoviç 2019-2020 mövsümünün ilk dövrəsini icarə əsasında Ağdam klubunda keçirib.







