featured-image-59887

Rusiyanın “Dinamo” klubunda çıxış edən Andrey Lunyov 2024-cü ildə özü üçün ən unudulmaz oyunu açıqlayıb.

Msport.az xəbər verir ki, qolkiper bu barədə TASS agentliyinə açıqlama verib.

Lunyov bildirib ki, 2024-cü ildə onun üçün ən unudulmaz an “Qarabağ”ın heyətində UEFA Avropa Liqasında “Bayer”ə qarşı keçirdikləri matçlardır. 2024-cü ildə mənim üçün ən yaddaqalan hadisələr Avropa Liqasındakı oyunlar, xüsusən də, “Bayer”ə qarşı görüşlər idi”.

Lunyovun nəzərdə tutduğu matçlar Avropa Liqasının 1/8 finalında baş tutub. “Qarabağ” iki oyunun nəticəsinə (2:2, 2:3) görə Almaniya təmsilçisinə uduzub.

Qeyd edək ki, 33 yaşlı qapıçı ötən ilin yayında “Qarabağ”dan Moskva “Dinamo”suna keçib.

Bənzər xəbərlər