featured-image-51645

“Qarabağ”dan “Dinamo”ya keçən Andrey Lunyov Moskvada qiymətlərin bahalığından gileylənib. Msport.az xəbər verir ki, o, son illərdə Rusiyada paytaxtında qiymətlərin xeyli qalxdlğını deyib:

“Görürəm ki, Moskvada qiymətlər dəyişib. İndi ev kirayələmək üçün ağlasığmaz pullar verməlisən. Bütün daşınmaz əmlakların qiyməti qalxıb. Ərzaqların qiymətini bilmirəm. Bazada qalıram və hələ ki marketə getməmişəm”.

Qeyd edək ki, Lunyov 2021-2024-cü illərdə Rusiyadan kənarda çıxış edib. O, əvvəlcə “Bayer”, daha sonra isə “Qarabağ”da forma geyinib.

Bənzər xəbərlər