“Qarabağ”ın səfər oyununa biletlər satışa çıxarılır
“Qarabağ”ın İngiltərədə “Nyukasl”a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa azərbaycanlı azarkeşlər üçün biletlər bu gün satışa çıxarılacaq.
Msport.az xəbər verir ki, azarkeşlər saat 15:00-dan iTicket.az saytından biletləri əldə edə bilərlər.
Qeyd edək ki, “Qarabağ”la “Nyukasl” arasında ilk oyun fevralın 18-də Bakıda, cavab matçı isə 24-də Nyukaslda təşkil olunacaq.







