featured-image-44210

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya yığmasından dəvət gözləyir.

Msport.az xəbər verir ki, 32 yaşlı qolkiper bu barədə “Championat” nəşrinə geniş müsahibəsində bildirib.

O, millidə əsas heyət üzvü olmaq istədiyini də söyləyib: “Yığmadan zəng var idi, amma hələ dəvət yoxdur. Məşqçi Vitali Kafanov əlaqə saxlayaraq, Avropa Liqasındakı uğurlu çıxışa görə təbrik etdi. Mən təkcə çağırılmaq yox, oynamaq istəyirəm. Təbii ki, dəvət gözləyirəm”.

Qeyd edək ki, Rusiya millisi martda Serbiya və Paraqvay yığmaları ilə yoldaşlıq görüşləri keçirəcək.

Bənzər xəbərlər