“Qarabağ” istədi, Rusiya klubu aldı
“Qarabağ”ın mövsümün əvvəlində transfer etmək istədiyi Mali yığmasının üzvü Bubakar Konte Rusiyaya yollanıb.
Msport.az xəbər verir ki, “Dila”nın futbolçusu “Torpedo” (Moskva) ilə anlaşıb.
Halbuki 24 yaşlı forvardın “Qarabağ”a keçəcəyi gözlənilirdi. Lakin o, son anda “Torpedo” ilə 3 illik müqavilə imzalamağa üstünlük verib.
Qeyd edək ki, Bubakar Konte karyerası ərzində “Saprsborq”, “Yerv”, “Nasional”, “Fredrikstad” klublarının formasını geyinib.







