"Qarabağ"la da danışıqlar aparırdıq, lakin..." - Kadinin meneceri
Kadi Borgesin meneceri Xelsio Roberto Alisk müştərisinin “Ferentsvaroş”a keçidini dəyərləndirib. Msport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin “Krasnodar”dan “Qarabağ”a gəlişi gözlənilsə də, o, son anda Budapeşt təmsilçisini seçib:
“Kadi “Krasnodar”da xoş günlər keçirdi. Kluba və azarkeşlərə onu isti qarşıladıqları üçün təşəkkür edir. Bunun qarşılığı olaraq Kadi həmişə meydanda 100 faiz canını qoyurdu.
Biz “Qarabağ” da daxil olmaqla bir neçə klubla danışıq aparırdıq. Lakin sonda “Ferentsvaroş”u seçdik. Çünki daim avrokuboklarda çıxış edən ambisiyalı komandadır”.