featured-image-33654

Bizim üçün “Qarabağ”la “Linkoln” arasında fərq yoxdur. Rəqib kim olur-olsun, eyni ciddiyyətlə hazırlaşacağıq”.

Msport.az xəbər verir ki,  bunu Polşa “Rakuv”nun futbolçusu Bartoş Novak UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibləri barədə danışarkən deyib.

I mərhələdə Estoniya təmsilçisi “Flora”nı (1:0, 3:0) üstələdiklərini xatırladan 30 yaşlı yarımmüdafiəçi növbəti raundda da uğurlu nəticə üçün əllərindən gələni edəcəklərini söyləyib: “Flora” ilə cavab matçında daha yaxşı görünürdük. Düşünürəm ki, oyundan-oyuna forma yığacağıq. Çempionlar Liqasının hər növbəti mərhələsində adrenalin daha çox olur. “Qarabağ” və ya “Linkoln”la düşməyimizdən asılı olmayaraq, II mərhələdə bundan da yaxşı oynamaq istəyirik”.

.

Bənzər xəbərlər