featured-image-15588

“Qarabağ”la Avropa Liqasındakı oyun bizim üçün vacibdir”.

Msport.az xəbər verir ki, bu sözləri “Nant”ın baş məşqçisi Antuan Kombuare Liqa 1-in 12-ci turu çərçivəsində “Nitsa” ilə 1:1 hesablı heç-heçə etdikləri səfər oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, avrokubok qarşılaşmasının onlara irəliləmək üçün imkan verəcəyini deyib:

“Bizim üçün daha önəmli olan çempionatdır. Növbəti bazar günü “Klermon”la üz-üzə gələcəyik. Əsas məqsədimiz rəqibi məğlub etməkdir. Lazım olan resursları tapacağıq. Biz geridönüş etmək üçün kifayət qədər güclüyük”.

Oktyabrın 27-də keçiriləcək “Nant” – “Qarabağ” matçına saat 23:00-da start veriləcək.

Bənzər xəbərlər