"Qarabağ"la oyuna hazırıq" - Afrikalı hücumçu
Çempionatda cəmi altı oyunumuz qalıb. Titul qazanmaq şansımız var. Daha yaxşı çalışmalı və mümkün qədər çox qol vurmalıyıq.
Msport.az xəbər verir ki, bu sözləri “Hekken” klubunun futbolçusu Edvard Çilufya İsveç çempionatının XXVI turunda doğma meydanda AİK-ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra yerli mətbuata açıqlamasında deyib.
Həmin qarşılaşmada komandasının hər iki qolunun müəllifi olan zambiyalı hücumçu UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri II tur matçından da söz açıb: “Cümə axşamı bizi avrokuboklarda növbəti görüş gözləyir. “Qarabağ”la matça hazırıq. Bu, bizim üçün vacib qarşılaşmadır”.
Qeyd edək ki, oktyabrın 5-də “Ullevi” stadionunda keçiriləcək “Hekken” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.