“Qarabağ”la oyundan əvvəl qələbə
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında növbəti oyununu keçirib.
Msport.az-ın məlumatına görə, komanda XXII turda doğma azarkeşlər önündə “Farense” ilə üz-üzə gəlib.
Görüş meydan sahiblərinin qələbəsi ilə bitib – 2:1. “Braqa”nın qollarını 62-ci dəqiqədə Simon Banza, 85-ci dəqiqədə Çer Ndur vurublar. Qonaqlarda Mohamed Belloumi 74-cü dəqiqədə fərqlənib.
“Braqa” 43 xalla 4-cü, “Farense” 26 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsinin ilk oyununda səfərdə qələbə qazanıb – 4:2. Cavab görüşü fevralın 22-də olacaq.







