“Qarabağ”la oyundan əvvəl zədəsini sağaltdı
Almaniyanın “Bayer 04” klubunun futbolçusu Patrik Şik zədəsini tam sağaldıb.
Msport.az “Kicker”ə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu komanda ilə birlikdə məşqlərə də qoşulub.
Məşqçilər korpusu hətta bu həftəsonu Bundesliqanın VIII turunda “Volfsburq”la keçiriləcək səfər matçında da onun xidmətindən yararlana bilər.
Qeyd edək ki, “Bayer 04” – “Qarabağ” oyunu oktyabrın 26-da Leverkuzendəki “Bay-Arena”da keçiriləcək.