featured-image-39016

“Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Msport.az “Calciomercato” nəşrinə istinadən xəbər verir ki, İtaliya təmsilçisi Almaniyanın “Bayer 04” komandasında çıxış edən Alexandro Qrimaldonu transfer etmək niyyətindədir.

Klubun 28 yaşlı cinah oyunçuya marağı leverkuzenlilərin “Qarabağ”a qarşı UEFA Avropa Liqasındakı oyunundan sonra daha da artıb.

Bundan əlavə, “Barselona” da yetirməsini geri qaytarmağı planlaşdırır. “Milan” ispaniyalı futbolçunu transfer etmək istəyirsə, kataloniyalılardan daha yaxşı təklif irəli sürməlidir.

Qeyd edək ki, Alexandro Qrimaldo “Qarabağ”a 5:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada dubl edib.

Bənzər xəbərlər