featured-image-25649

Xeyriyyə oyununda “Qarabağ”ın qonağı olacaq “Qalatasaray”ın düşərgəsində ab-hava korlanıb.

Msport.az “Hürriyet”ə istinadən xəbər verir ki, baş məşqçi futbolçulara xəbərdarlıq edib.

Superliqanın son turunda “Konyaspor”a 1:2 hesablı məğlubiyyət həm klub rəhbərliyinin, həm də məşqçilər heyətinin narazılığına səbəb olub.

Okan Buruk Mauro İkardi və Lukas Torreyra başda olmaqla, bütün futbolçulara şəxsi həyatlarına fikir vermələrini tapşırıb. Xüsusilə adıçəkilən legionerlər son vaxtlar daha çox oyunları ilə deyil, şəxsi məsələləri ilə gündəmə gəlirlər.

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.

CAHİD

Bənzər xəbərlər