featured-image-66724

Azərbaycanı avrokuboklarda təmsil edəcək “Qarabağ” və “Zirə” bu gün yoxlama oyununda üz-üzə gələcəklər.

Msport.az xəbər verir ki, görüş “Azərsun Arena”da təşkil olunacaq.

Matç saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

“Zirə” isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi “Hayduk”la üz-üzə gələcək. İlk matç iyulun 23-də, saat 19:30-da “Neftçi Arena”da keçiriləcək. Komandalar arasında cavab görüşü iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

Bənzər xəbərlər