“Qarabağ” “Malmö”dən öndə
Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb.
Msport.az xəbər verir ki, cədvəldə qitənin 400 klubu yer alıb.
Azərbaycanın 4 komandası ən yaxşılar arasına daxil edilib. 278 xala malik “Qarabağ” 63-cü pillədə qərarlaşıb.
Qurban Qurbanovun yetirmələri Avropa Liqasında “Tottenhem”ə 0:3 hesabı ilə uduzsa da, mövqeyini qoruyub. Komandanın xal hesabı da dəyişməyib.
Üç pillə geriləyən “Neftçi” 19 xalla 253-cü sıradadır. 15 xalı olan “Sabah” 270-cidir. Paytaxt təmsilçisi yeddi pillə irəliləyib.
Bir xal geri qalan “Zirə” 281-ci pillədə yer alıb. Qəsəbə klubu iki addım geriləyib.
“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki ikinci rəqibi “Malmö” isə 170 xalla 83-cüdür. Ağdam klubu isveçliləri 20 addım qabaqlayır. Ötən turdakı rəqib “Tottenhem” 23-cü sırada qalıb – 701 xal.
Qeyd edək ki, siyahıya 2395 xala sahib olan “Real” başçılıq edir.