"Qarabağ" - "Neftçi" oyununa doğru - İlk dəfə derbi həyəcanı yaşayanlar
Sabah Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Qarabağ” – “Neftçi” oyunu olacaq. Komandaların xalları bərabər (18) olduğundan Azərbaycan derbisinə maraq birə-beş artır. Hər iki klubun düşərgəsində ilk dəfə bu derbinin həyəcanını yaşayanlar ola bilər.
Msport.az xəbər Ağdam klubunda “Neftçi”yə qarşı 2 futbolçu debüt edə bilər. Qurban Qurbanovun şans verəcəyi halda Julio Romao və Marko Yankoviç prinsipial rəqibə qarşı ilk dəfə oynayacaqlar.
“Neftçi”də isə belə futbolçuların sayı daha çoxdur. Düzdür, Vato Arveladze zədəli olduğundan onu Suraxanıdakı qarşılaşmada ən yaxşı halda tribunada görə bilərik. Onun həmyerlisi Solomon Kverkveliya, Kenni Sayef, Ataa Caber, Qodsvey Donyo və Yeqor Boqomolsknini isə ilk dəfə Azərbaycan derbisində forma geyinmək şansı olacaq.