“Qarabağ” – “Nyukasl” matçının biletləri satışa çıxarılır
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Nyukasl” matçı üçün biletlər sabah satışa çıxarılacaq.
Msport.az xəbər verir ki, satış sabah gün ərzində başlayacaq.
Biletlər yalnız rəsmi satış kanalı olan iTicket.az vasitəsilə onlayn şəkildə əldə oluna bilər.
Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” oyunu fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.







