“Qarabağ” – “Sabah”: Hər iki komandada itki
Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah”la qarşılacaq “Qarabağ” ilk oyuna itki ilə çıxacaq.
Msport.az xəbər verir ki, mərkəz müdafiəçisi Bəhlul Mustafazadə zədə səbəbindən matçı buraxacaq.
“Sabah”ın isə 2 oyunçusu qarşıdakı görüşdə yer almayacaq. İqor Noqeyra cəzalı, Pavol Şafranko isə zədəli olduğu üçün məşqçilər korpusunun sərəncamında olmayacaq.
Qeyd edək ki, “Qarabağ” – “Sabah” oyunu aprelin 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.







