featured-image-73382

“Qarabağ”  2025/26 mövsümünün ikinci hissəsinin hazırlığına start verib.

Msport.az  xəbər verir ki, bu barədə klubun mərbuat xidməti məlumat yayıb. Bu gün “Azersun Arena”dakı təlim-məşq bazasında bir araya gələn Qurban Qurbanovun komandası 2026-cı ildə ilk məşqinə çıxıb.

“Qarabağ” hazırlıq planının ikinci mərhələsini yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçirəcək.

Toplanış çərçivəsində Ağdam klubu iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi nəzərdə tutulur. Rəqib komandaların adları müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.

 

 

Bənzər xəbərlər