featured-image-38961

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

Msport.az xəbər verir ki, buna “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyada “Bayer 04”ə 1:5 hesabı ilə uduzması səbəb olub.

Hazırda ölkənin cari mövsümdəki əmsalı 3,625-ə, son 5 mövsümdəki ümumi əmsalı isə 17,875-ə bərabərdir. 29-cu pillədə qərarlaşan Azərbaycan reytinqdə Slovakiya və Bolqarıstandan cəmi 0,500 əmsal geri qalır. Ağdam klubu səfərdə “Bayer”ə qalib gəlsəydi, xallar bərabərləşəcəkdi.

Reytinqə 93,178 əmsalla İngiltərə başçılıq edir. İspaniya (79,614) ikinci, İtaliya (75.855) isə üçüncü pillədə qərarlaşıb.

Bənzər xəbərlər