“Qarabağ” və “Neftçi”nin istədiyi futbolçu “Zenit”də qaldı
“Qarabağ” və “Neftçi”nin maraq dairəsində olan Qazaxıstan millisinin futbolçusu Nurali Alip icarə əsasında çıxış etdiyi Rusiya “Zenit”ində qalıb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi 22 yaşlı mərkəz müdafiəçisini birdəfəlik transfer edib.
Gənc oyunçu ilə 2,5+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Nurali Alip bunadək müqavilə ilə Qazaxıstan “Kayrat”ına məxsus idi. O, cari ilin yanvarından icarə əsasında “Zenit”in formasını geyinirdi.







