"Qarabağ" Xankəndi şəhərinə səfər edib
“Qarabağ”ın futbolçuları, məşqçi heyəti və rəsmilərinin işğaldan azad olunmuş bölgələrə səfəri davam edir.
Msport.az xəbər verir ki, Ağdam komandasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində növbəti görüş Xankəndidə gerçəkləşib.
Burada da böyük marağa səbəb olan “köhlən atlar”ın kollektivi yerli sakinlərin sevgi göstəriləri ilə qarşılaşıblar. Xankəndi sakinləri futbolçu və məşqçi heyəti ilə şəkil çəkdirməyi unutmayıblar.
Ardınca kollektiv Qarabağ Univetsitetində yaradılmış şəraitlə yaxından tanış olub. Klub üzvləri burada tələbələrlə də görüşüblər.