"Qarabağ" "Zirə"ni darmadağın etdi
“Qarabağ” mövsümlərarası fasilədə ilk yoxlama oyununu keçirib. Msport.az xəbər verir ki, Ağdam klubu “Azərsun Arena”da “Zirə” ilə qarşılaşıb.
Görüş Qurban Qurbanovun komandasının böyük hesablı qələbə ilə yekunlaşıb – 4:0.
“Qarabağ”ın qollarını Kadi, Emmanuel Addai, Aleksey Kaşuk və Musa Qurbanlı vurub.
Qeyd edək ki, “Qarabağ” ölkəmizi Çempionlar Liqasında. “Zirə” isə UEFA Konfrans Liqasında təmsil edəcək.