featured-image-49136

İngiltərənin “Tottenhem” klubunun futbolçusu Ceyms Meddison bu il Almaniyada keçiriləcək Avropa çempionatını buraxacaq.

Msport.az xəbər verir ki, bu barədə “Athletic” nəşri məlumat yayıb.

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt 27 yaşlı yarımmüdafiəçini yekun heyətə daxil etməyib. Maddison iyunun 3-də Bosniya və Herseqovina ilə yoldaşlıq görüşündə 30 dəqiqə meydanda olub.

Qeyd edək ki, Ceyms ötən yay 46,3 milyon avroya “Lester”dən “Tottenhem”ə keçib.

Bənzər xəbərlər