featured-image-28713

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyae Liqasının 33-cü turunda “Mançester Siti”yə məğlubiyyətə (1:4) münasibət bildirib. Msport.az xəbər verir ki, bu qalibiyyətdən sonra “şəhərlilər” “Arsenal”la xal fərqini 2-yə endirib. “Siti”nin hələ ehtiyatda iki oyunu da var:

“Mən çox məyusam. Biz bilirdik ki, nə etmək lazımdır, bura gələndə də daha yaxşı oynamalı olduğumuzu anlayırdıq. Lakin bunu reallaşdıra bilmədik.

Qarşıda hələ 5 oyun da var. 22 ildir bu ölkədə yaşayıram və burda çox şey dəyişib. “Siti” möhtəşəm komandadır, amma biz də əlayıq.

Daha yaxşı olan komanda qalib gəldi. Onlar birinci hissədə çox yaxşı təsir bağışladılar, biz isə öz səviyyəmizi göstərə bilmədik”.

ANAR

Bənzər xəbərlər