featured-image-31188

Can Pyero Qasperini “Atalanta”nın baş məşqçi postunda fəaliyyətini davam etdirəcək. Msport.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi  saytı məlumat verib.

Nüqavilənin şərtləri açıqlanmayıb. Lakin bir müddət əvvəl mətbuatda Berqamo təmsilçisinin 65 yaşlı mütəxəssislə 2025-ci ilədək nəzərdə tutulan müqavilə bağlamaq istəməsi ilə bağlı xəbər yayılmışdı.

Onun hazırkı anlaşması 2024-cü ilin iyununa kimidir.

Ötən mövsüm A seriyasında 6-cı yeri tutan “Atalanta” Avropa Liqasına vəsiqə qazanıb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər