featured-image-48540

İtaliya çempionatında may ayının ən yaxşı baş məşqçisinin adı açıqlanıb.

Msport.az xəbər verir ki, “Atalanta”nın çalışdırıcısı Can Pyero Qasperini bütün rəqiblərini qabaqlamağı bacarıb.

Onun rəhbərlik etdiyi komanda bu ay keçirdiyi 3 oyunun hamısında qələbə qazanıb. A seriyasında mövsümün sonuna 1 tur qalmış “Atalanta” turnir cədvəlində 5-cidi.

“Atalanta” mayın 22-də UEFA Avropa Liqasının finalında “Bayer”ə qalib gələrək kuboka sahib çıxıb.

Qeyd edək ki, 2016-cı ilin yayında “Atalanta”nı çalışdıran Qasperinin klubla 2025-ci ilin yayınadək müqaviləsi var.

Bənzər xəbərlər