Qattuzo məşhur klubu çalışdıracaq
Cennaro Qattuzo “Olimpiakos”un baş məşqçisi olmağa yaxındır.
Msport.az xəbər verir ki, bu barədə TuttoMercatoWeb məlumat yayıb.
Mənbənin sözlərinə görə, italiyalı mütəxəssis Yunanıstan klubu ilə razılığa gəlib. O, Pirey təmsilçisinin sükanı arxasına gələn mövsümün əvvəlində keçə bilər.
Qattuzo sonuncu dəfə yanvarda ayrıldığı “Valensiya”da işləyib.
Qeyd edək ki, “Olimpiakos”a hazırda müvəqqəti olaraq Joze Aniqo rəhbərlik edir.







