featured-image-49405

Xorvatiyanın “Hayduk” komandasının yeni baş məşqçisi açıqlanıb.

Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliya millisinin sabiq müdafiəçisi Cennaro Qattuzo komandanın sükanı arxasına keçib.

İtaliyalı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Qattuzonun sonuncu klubu “Olimpik Marsel” olub. O, Fransa təmsilçisindən bu ilin fevralında ayrılmışdı.

Bənzər xəbərlər