featured-image-62917

Xorvatiyanın “Hayduk” klubunun baş məşqçisi Cennaro Qattuzo yenidən diqqət mərkəzinə düşüb.

Msport.az xəbər verir ki, o, “Riyeka”ya 0:3 hesablı məğlub olduqları oyundan sonra canlı efirdə yerli aparıcı ilə dalaşıb.

Qattuzo müzakirəyə başlamazdan əvvəl ekspertin əlini sıxmaqdan imtina edib və mübahisə zamanı bunları deyib: “Sizin əlinizi sıxmayacağam. Çünki çox pis danışırsınız. Həddindən artıq çox danışırsınız və insanlara hörmət etmirsiniz. Özünüz futbol oynamısınız, vəziyyəti yaxşı anlayırsınız. Ancaq həmişə çox pis danışırsınız. Sizə hörmət etmirəm”.

Qeyd edək ki, “Hayduk” hazırda Xorvatiya çempionatında 2-ci pillədədir.

Bənzər xəbərlər