featured-image-2218

Maqomed Adiyev Millətlər Liqasında yığmamızın rəqiblərindən olan Qazaxıstan seçməsinin baş məşqçi postuna əsas namizəddir.

Msport.az xəbər verir ki, “championat.com” bu barədə məlumat yayıb.

Yaxın günlərdə rusiyalı mütəxəssislə müqavilə bağlanması gözlənilir. “Anji”nin sabiq baş məşqçisi hazırda Karaqanda “Şaxtyor”una rəhbərlik edir. Adiev buna qədər “Anji”, “Legion Dinamo”, “Volqa” və “Çayka” klublarını çalışdırıb.

Xatırladaq ki, millimiz Qazaxıstanla ilk oyununu iyunun 3-də səfərdə keçirəcək.

Bənzər xəbərlər