Qazaxıstan millisinin baş məşqçisi istefa verdi
Qazaxıstan millisinin baş məşqçisi Əli Əliyev istefa verib. Msport.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin Belçika ilə oyunundan sonra (0:6) sonra qərarını açıqlayıb:
“”Baş verənlərin hamısı mənim günahımdır. Məsuliyyəti tam üzərimə götürürəm. Qazaxıstana qayıdan kimi federasiya prezidentini məlumatlandıracağam”.
Qeyd edək ki, Əli Əliyev bu ilin yanvarında Stanislav Çerçesovu əvəzləyərək, Qazaxıstan millisinə baş məşqçi təyin edilmişdi. Onun komandası J qrupundakı 5 matç keçirib, 4 məğlubiyyətlə üzləşib 1 qələbə qazanaraq 3 xalla 4-cü yeri tutur.