"Qəbələ" 3 yoxlama oyunu keçirəcək
“Qəbələ” qış fasiləsi dövründə 3 yoxlama oyunu keçirəcək.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yanvarın 10-da Qəbələdə “Kəpəz”lə qarşılaşacaq Kaxaber Tsxadadzenin komandası 3 gün sonra hazırlıq prosesinin ikinci mərhələsi üçün Bakıya yollanacaq. “Qəbələ” burada daha iki oyun keçirəcək. Yanvarın 14-ü “Araz Naxçıvan”la üz-üzə gələcək “qırmızı qaralar”, ayın 18-də “Baku Sportinq”lə matçda qüvvəsini sınayacaq.
Oyunların başlama saatı və məkanı barədə əlavə məlumat veriləcək.







