“Qəbələ” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub etdi
Yeni mövsümə hazırlıqlarını Azərbaycanda davam etdirən “Araz-Naxçıvan” və “Qəbələ” bu gün yoxlama oyununda üz-üzə gəliblər..
Msport.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçirilən görüş “Qəbələ”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb . Matçda yeganə qolu 38-ci dəqiqədə Prins Ovusu vurub.
“Qəbələ”nin heyətində yeni transfer Seydina Keyta debüt edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” ilk sınaq matçında əvəzedici komandasına 7:0 hesabı ilə qalib gəlib. “Qəbələ” isə “Kəpəz”i 3:1 hesabı ilə üstələyib.







