"Qəbələ"dən daha bir transfer - RƏSMİ
“Qəbələ” yay transfer dövründə heyətini daha bir futbolçu ilə gücləndirib.
Msport.az xəbər verir ki, “qırmızı-qaralar”25 yaşlı mərkəz müdafiəçisi Natan Monzanqo (Nathan Monzango) ilə 1+1 illik müqavilə bağlayıb. Konqo Demokratik Respublikasından olan futbolçunun son klubu “Bravo” (Sloveniya) olub. Monzanqo ötən mövsüm “Bravo”nun heyətində 26 oyunda meydana çıxıb və 1 qol vurub.
O, buna qədər “Şole”, “Amyen”, “Pau”, ”Vilfranş” (hamısı Fransa), “Çaykur Rizespor” (Türkiyə) klublarının şərəfini qoruyub.







