featured-image-30171

“Qəbələ” klubu əvəzedici komandanın qapıçılar üzrə məşqçisi Elçin Rzazadənin AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılmasına münasibət bildiirb.

Bölgə təmsilçisinin baş meneceri Nail Kərimov Msport.az saytına açıqlamasında bunu xoşagəlməz hadisə olduğunu söyləyib:

“Hakimlərin oyunu hansı səviyyədə idarə etməsindən asılı olmayaraq, vəziyyət bu həddə çatmamalıdır. Əslində Naxçıvandakı hadisədən sonra kollektivimizə bir daha xatırlatmışdıq ki, mövsümün sonunda gərginlik artır və belə xoşagəlməz hadisələr baş verir. Çalışıb özlərini daha yaxşı idarə etsinlər. Amma futbol emosiyalar oyunudur. Hakimliklə bağlı ciddi suallar olur. Yeni başlayan referilər var. Bəzən məşqçilər heyəti öz səbrini qoruya bilmir. İK-in qərarından əvvəl də kollektivlə söhbətimiz olmuşdu”.

Klub rəsmisinin sözlərinə görə, “Zaqatala” ilə oyundan sonra baş vermiş insident zamanı ciddi təhqir olmayıb: “Mənə verilən məlumata görə, sadəcə, hakim idarəçiliyi ilə bağlı irad olub, etikadan kənar bir söz belə işlədilməyib. Apellyasiya vermək fikrimiz yoxdur. Çünki istənilən halda hakimlərə irad bildirilib. Gərək, olmazdı. Kollektivlə yenə söhbətlərimiz olacaq”.
Qeyd edək ki, Elçin Rzazadə matçın rəsmi şəxslərinə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün 5 oyunluq cəzalandırılıb. O, bu davranışı ilə həm də klubunu 400 manat ziyana salıb.

Bənzər xəbərlər